İdman
Avropa çempionu 72 yaşında vəfat etdi
Fransa futbolunun canlı əfsanələrindən biri Bernar Lyakomb vəfat edib.
Publika.az xəbər verir ki, o, 72 yaşında həyatla vidalaşıb.
Hücumçu mövqeyində çıxış etmiş Lyakomb karyerası ərzində "Lion", "Sent-Etyen" və "Bordo" klublarının formasını geyinib. O, Fransa çempionatında vurduğu 255 qolla bu göstəricidə yalnız argentinalı Delio Onnisdən geri qalaraq ikinci yerdə qərarlaşıb.
Bernar Lyakomb üçqat Fransa çempionu və üçqat Fransa Kubokunun qalibi olub. Milli komandanın heyətində 38 oyun keçirib və 12 qol vurub. 1984-cü ildə Fransa yığmasının heyətində Avropa çempionu tituluna sahib çıxıb.
Karyerasını bitirdikdən sonra məşqçiliyə keçən Lyakomb 1996–2000-ci illərdə "Lion"u çalışdırıb və 1997-ci ildə klubu İntertoto Kubokunun qalibi edib.
Heybət
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım















.jpg)
.jpg)



















