İdman
Matça hazır olmağa çalışacağıq - Qurbanov
İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq.
Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Ağdam təmsilçisi bu raundda "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Təcrübəli mütəxəssis çoxdandır belə komandalara qarşı oynamadıqlarını söyləyib:
“Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə stabil komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda, Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq”.
Qeyd edək ki, “Qarabağ” ilk oyununu səfərdə (22-23 iyul), cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq

















.webp)















.jpg)


