Mudrikə qarşı ittiham irəli sürüldü: 4 ilə qədər cəza ola bilər
Bizi izləyin

İdman

Mudrikə qarşı ittiham irəli sürüldü: 4 ilə qədər cəza ola bilər

İngiltərə Futbol Assosiasiyası (FA) daha əvvəl dopinq nümunəsində qadağan olunmuş meldonium maddəsi tapılan “Çelsi”nin hücumçusu Mixail Mudrikə qarşı rəsmi ittiham irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Ötən ilin dekabrında Mudrikin dopinq testinin müsbət çıxdığı məlum olub və futbolçu nümayəndələri onun bilərəkdən antidopinq qaydalarını pozmadığını bildirib.

“Çelsi”nin 24 yaşlı futbolçusu 4 ilə qədər diskvalifikasiya oluna bilər.

“Biz Mixail Mudrikin FA Antidopinq Qaydalarının 3 və 4-cü müddəalarına uyğun olaraq antidopinq qaydalarının pozulması ilə bağlı ittiham edildiyini təsdiqləyə bilərik. Proses davam etdiyi üçün əlavə şərh verə bilmərik”, – “The Telegraph” FA sözçüsündən sitat gətirib.

Qeyd olunur ki, Mudrik dopinq işi zamanı Pol Poqba ilə işləyən eyni vəkilləri işə götürüb. Əvvəlcə fransalı da dörd ilə qədər diskvalifikasiya ilə üzləşsə də, müddət 18 aya endirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm