İdman
FİFA iş açdı: "Real"ın oyunundakı insidentə görə
FİFA "Paçuka"nın müdafiəçisi Qustavo Kabral ilə bağlı intizam işi başladıb.
Publika.az xəbər verir ki, bu qərar klublararası dünya çempionatında "Real"la oyunda baş verən insidentdən sonra verilib.
Qarşılaşmanın son dəqiqələrində meydanda yaşanan qarşıdurmaya görə hakim Ramon Abatti anti-diskriminasiya protokolunu aktivləşdirib. "Real"ın müdafiəçisi Antonio Rüdiger rəqib futbolçunun ona qarşı irqi zəmində təhqiramiz ifadələr işlətdiyini iddia edib. Kabral isə belə bir ifadə işlətmədiyini bildirib.
FİFA-nın yaydığı açıqlamada deyilir: “22 iyun tarixində Şarlott şəhərində keçirilən klublararası dünya çempionatı çərçivəsindəki “Real” – “Paçuka” matçında baş verən insidentlə bağlı hakim hesabatlarının araşdırılmasından sonra FİFA-nın İntizam Komitəsi “Paçuka” klubunun futbolçusu Qustavo Kabral barəsində araşdırmaya başlayıb”.
İnsidentlə bağlı yekun qərarın aparılacaq araşdırmadan sonra veriləcəyi bildirilir.
Heybət
-
Nida Xəbər 10:06Elmar Vəliyevin qaynına yüksək vəzifə verildi
-
ABŞ08:47Tramp özünü Venesuela prezidenti elan etdi
-
Magazin206:16Hadiseylə Fulya Öztürk arasında qalmaqal
-
İKT05:45“YouTube”da 140 illik video PEYDA OLDU - “Cəhənnəmdə görüşərik”
-
Region04:41Kuryerin gətirdiyi bağlama elit yaşayış kompleksində PARTLADI - Yaralılar var
-
Magazin203:13Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO
-
Sosial01:11"Heç bir halda bu ölkəyə getməyin: peşman oldum" - Professordan ÇAĞIRIŞ
-
Region00:30İranda milli matəm elan edildi












.jpg)
























