İdman
“Real”ın ulduzu “Barselona” üçün çempionluq dəhlizinin yaradılmasına imkan vermədi
İspaniya Superkubokunun finalında “Barselona” “Real”a 3:2 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, final fitindən sonra Madrid klubunun futbolçuları rəqibə hörmət nümayiş etdirməyib. Madrid təmsilçisinin üzvləri dərhal ehtiyat oyunçular skamyasına doğru yollanıblar və yalnız baş məşqçi Xabi Alonso onları yenidən meydana qayıtmağa çağırıb.
Lakin medallar təqdim edildikdən sonra “Real”ın futbolçuları meydanı tərk ediblər. “Sport.es” nəşrinin məlumatına görə, madridlilərin hücumçusu Kilian Mbappe komanda yoldaşlarını özü ilə apararaq çempionluq dəhlizinin yaradılmasına mane olub. Televiziya kameraları fransalı futbolçunun narazılıq ifadə edərək komanda yoldaşları ilə nəsə danışdığını və meydanı tərk etdiyini qeydə alıb.
Bu qələbə sayəsində “Barselona” İspaniya Superkubokunu rekord göstərici ilə – 16-cı dəfə qazanıb. Turnirin 13 qat qalibi olan “Real” isə Superkubok uğrunda oyunda ümumilikdə yeddinci, ardıcıl olaraq isə ikinci dəfə məğlub olub.
Heybət
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























