Bu ərazilərdə 5 saat işıq olmayacaq
Bizi izləyin

Sosial

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Bu gün Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-dən Publika.az-a verilən məlumata görə, buna səbəb Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində keçiriləcək təmir-təftiş işləridir.

"Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “Embawood” zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq," - deyə qurumdan bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm