İdman
Lukaku Bruynenin transferindən danışdı: Bu, xoş olmaya bilər
“Napoli”nin hücumçusu Romelu Lukaku “Mançester Siti”dən ayrılaraq İtaliya klubuna keçən Belçika millisindəki komanda yoldaşı Kevin De Bruynenin transferini şərh edib.
Publika.az xəbər verir ki, o, həmyerlisinin keçidi haqqında bu sözləri deyib:
“Kevin bizə qoşulduğu üçün sevincliyəm. O, məhz “Napoli”nin növbəti addımı atması üçün çatışmayan hissə idi. Biz təzəlikcə çempion olduq və yalnız titulu qorumaq yox, daha da güclənmək istəyirik.
Biz bu haqda millidə bir neçə dəfə danışdıq. O bir dəfə zəng də etmişdi. Mən də ona buradakı vəziyyəti izah etdim, ev axtarışı və digər şeylər barədə danışdım. Drisslə birlikdə (Mertens) Kevinə düzgün seçim etməsi üçün əlimizdən gələni etdik.
“Napoli”də oynayan futbolçu çox sevgi görür. Kevin bunu yaşayacağı üçün sevinirəm. İtaliyada futbol oynamaq heç nə ilə müqayisə edilə bilməz. Burada başqa yerdə görməyəcəyin bir ehtiras var. Amma bunun başqa tərəfi də var… Vəziyyət pis olanda azarkeşlər məşqlərə gəlir. Bu, xoş olmaya bilər, amma sənə hər gün maksimumunu verməli olduğunu xatırladır”.
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI
-
Magazin113:04Şəbnəm ad günündə görün nə qədər pul yığdı? - Milyonluq villa tikdirir
-
Rəsmi xronika12:11Prezident müşavirə keçirdi
-
İdman10:42Məşhur məşqçini Ərəbistana aparan bu gözəl imiş - FOTOLAR
-
Dünya10:12Çin bunu da bacardı: Elə təyyarə hazırlanıb ki...
-
Nida Xəbər 10:06Elmar Vəliyevin qaynına yüksək vəzifə verildi
-
ABŞ08:47Tramp özünü Venesuela prezidenti elan etdi
-
Magazin206:16Hadiseylə Fulya Öztürk arasında qalmaqal



































