İdman
Hakerlər ulduz futbolçunun hesabını ələ keçirdilər, Ronaldo haqqında görün nə paylaşdılar - FOTO
Portuqaliya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin rəsmi "X" hesabı hakerlər tərəfindən ələ keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
Naməlum şəxslər Fernandesin hesabına giriş əldə edərək bir sıra provokativ paylaşımlar edib. Onlar “Mançester Yunayted”i darmadağın etməyə çağırıb, professional dartçı Luka Litteri FIFA (indi "EA Sports") oyununda təkbətək qarşılaşmağa dəvət ediblər, klub rəhbərliyində olan INEOS şirkətindən xilas olmağı tələb ediblər, reper KSI-yə qarşı irqçi ifadələr işlədiblər, porno aktrisa ilə əlaqəyə dair kobud təkliflər veriblər, “Komо” klubunun məşhur futbolçusu Alisa Lemannla eşq münasibətlərini vurğulayıblar, Kriştiano Ronaldonun karyerasının bitəcəyi barədə “insayd” məlumatı paylaşıblar və Bruno Fernandesin İngiltərə kriket millisinə keçəcəyi barədə xəbər veriblər.
Paylaşımlar silsiləsi haker tərəfindən “Liverpul”un “Mançester Yunayted”i 7:0 hesabı ilə məğlub etdiyi məşhur matçın tablo şəkli ilə yekunlaşdırılıb. Daha sonra bütün bu paylaşımlar hesabdan silinib.
Heybət

-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)


























