İdman
Orada bir günümdən də razı qalmadım: Messidən qalmaqallı açıqlama
“İnter Mayami”nin və Argentina millisinin ulduzu Lionel Messi PSJ-dəki karyerasından danışıb.
Publika.az xəbər verir ki, Messinin sözlərini “El Nacional” sitat gətirib.
“İki il idi ki, nə həzz alırdım, nə də gündəlik həyatımda xoşbəxt deyildim. Mənim üçün yaxşı vaxt deyildi. Bir günümdən də razı deyildim – məşqlərdən də, matçlardan da. Uyğunlaşmaq mənim üçün çox çətin idi.
Əvvəldən qəbul çox isti keçdi. Lakin sonra insanlar mənə fərqli münasibət göstərməyə başladılar – Paris ictimaiyyətinin bir hissəsi. Azarkeşlərin böyük bir hissəsi ilə bölünmə oldu, bu, əlbəttə ki, mənim məqsədim deyildi. Hər şey əvvəllər Mbappe və Neymarda da olduğu kimi oldu. Mən bilirəm ki, bu, onların davranış tərzidir”, – Messi deyib.
Xatırladaq ki, bu gün, iyunun 29-da Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “İnter Mayami” PSJ ilə qarşılaşacaq.
-
Hadisə12 Aprel 23:00Azərbaycanda zəlzələ oldu
-
Region12 Aprel 22:16ABŞ-İran münaqişəsinin tezliklə həlli gözlənilmir - Türkiyənin vitse-prezidenti
-
Sosial12 Aprel 21:45Bulvarda əkilən gülləri kim bu hala salıb? - Video
-
Dünya12 Aprel 21:15Ölkəyə raket atıldığını zənn edib dəhşətə gəldilər - Səmadaki o cisim görün nə imiş...
-
Dünya12 Aprel 18:24Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi - Əks təqdirdə bu addımı atacaq
-
ABŞ12 Aprel 17:35İran nüvə ambisiyalarından imtina etmək istəmir! - Tramp
-
Nəqliyyat12 Aprel 17:18Bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
MDB12 Aprel 16:41Putin və Pezeşkian telefonla müzakirələr apardılar



































