ABŞ
İran nüvə ambisiyalarından imtina etmək istəmir! - Tramp
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı mövqeyini sərt şəkildə tənqid edib və Tehranın bu istiqamətdə geri addım atmaq istəmədiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, İran Hörmüz boğazını açacağına söz versə də, bu vədi yerinə yetirməyib və bu vəziyyət qlobal miqyasda narahatlıq, iqtisadi çətinliklər və qeyri-müəyyənlik yaradıb. ABŞ Prezidenti iddia edib ki, Tehran dənizdə mina yerləşdirdiyini bildirir, lakin bu iddiaların fonunda gəmi sahibləri risk etmək istəmir.
Tramp vurğulayıb ki, bu hadisələr İranın beynəlxalq nüfuzuna ciddi zərbə vurur və ölkə rəhbərliyinin etibarlılığına xələl gətirir.
ABŞ Prezidenti əlavə edib ki, İslamabadda keçirilmiş ABŞ–İran danışıqları ilə bağlı ona vitse-prezident Cey Di Vens, xüsusi nümayəndə Stiven Uitkoff və Cared Kuşner tərəfindən ətraflı məlumat verilib. O, Pakistan rəhbərliyinin – feldmarşal Asim Munir və baş nazir Şahbaz Şərifin rolunu yüksək qiymətləndirib.
Tramp bildirib ki, İranla aparılan danışıqlar təxminən 20 saat davam edib. Onun sözlərinə görə, müzakirələr zamanı müəyyən irəliləyişlər əldə olunsa da, əsas məsələ dəyişməz qalır.
“Əsas məqam ondan ibarətdir ki, İran nüvə ambisiyalarından imtina etmək istəmir”, – deyə o qeyd edib.
ABŞ Prezidenti hesab edir ki, bəzi razılaşma elementləri hərbi əməliyyatların davam etdirilməsindən daha əlverişli olsa da, İranın nüvə silahına sahib olması qəbuledilməzdir.
Tramp vurğulayıb ki, ABŞ nümayəndə heyəti ilə İran tərəfi arasında danışıqlar zamanı qarşılıqlı hörmət formalaşsa da, Tehran əsas məsələdə – nüvə proqramı ilə bağlı mövqeyində dəyişiklik etməyib.
“İran heç vaxt nüvə silahına sahib olmayacaq”, – deyə ABŞ Prezidenti bəyan edib.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
