Türkiyə hökuməti qərar verdi: Formula 1-i qaytarırlar
Bizi izləyin

İdman

Türkiyə hökuməti qərar verdi: Formula 1-i qaytarırlar

Türkiyə hökuməti qərar verdi: Formula 1-i qaytarırlar

Türkiyə Avtomobil Federasiyasının (TOSFED) prezidenti Eren Uklertopqraqi Türkiyə hökumətinin Formula 1 mərhələsini ölkəyə qaytarmaq istəyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Racingnews365” Uklertopqraqinin sözlərini sitat gətirib.

“Bir neçə ay əvvəl federasiyaya təyin olunduqdan sonra biz Formula 1 rəhbərliyi və FİA ilə fəal müzakirələr apardıq. Hökumət uzunmüddətli razılaşma ilə Türkiyəni Formula 1 təqviminə qaytarmağı öhdəsinə götürür. Bildiyiniz kimi, 2026-cı il təqvimi artıq açıqlanıb. Bununla belə, hər hansı səbəbdən hansısa mərhələnin keçirilməsi sual altına düşsə, Türkiyə Qran Prini təşkil etməyi öhdəsinə götürür.

Pandemiyadan fərqli olaraq, biz birdəfəlik yarış dəyişikliyi etmək istəmirik, məqsədimiz uzunmüddətli müqavilə vasitəsilə təqvimdə yer almaqdır”, – Uklertopqraqinim bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm