Xabi Alonsodan 20 ilin ən yaxşı göstəricisi
Bizi izləyin

İdman

Xabi Alonsodan 20 ilin ən yaxşı göstəricisi

“Real” La Liqanın 6-cı turunda “Levante”ni darmadağın edib - 4:1.

Publika.az xəbər verir ki, Madrid klubu mövsümün əvvəlində ardıcıl altı qələbə qazanıb. “Qalaktikos”da debüt edən məşqçilərdən belə nəticəyə yalnız Vanderley Luşemburqo 2005-ci ildə nail olmuşdu.

Ümumilikdə “Real” tarixində altı dəfə mövsümün ilk altı oyununu qələbə ilə başa vurub - 1958/59, 1961/62, 1968/69, 1987/88, 2022/23 və 2025/26 mövsümlərində.

21-ci əsrdə La Liqa klubları arasında startdakı 6 və daha çox oyunu qalib başa vuran digər məşqçilər isə “Barselona”dan Tito Vilanova (2012), Xerardo Martino (2013) və Hansi Flik (2024) olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm