ABŞ
Trampın Putinə təzyiq cəhdi: “Kağız pələng” bənzətməsinin mesajı nədir?

ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı bəyanatı Rusiya prezidenti Vladimir Putinə təzyiq cəhdi ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.
“Trampın sosial şəbəkədəki yazısı Putini təxribata çəkmək cəhdindən başqa bir şey ola bilməz”, - nəşr yazır.
Bildirilir ki, belə bir cəhd Ukraynadakı münaqişənin həlli prosesində heç bir nəticə verməyəcək.
Qeyd edək ki, sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə Tramp bəyan edib ki, Ukrayna münaqişəsi uzun müddət davam edə bilər. O, həmçinin qeyd edib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün ilkin ərazisini geri ala biləcək.
Bundan sonra isə Tramp “Truth Social” sosial şəbəkəsində Rusiyanın Ukraynaya hücumunu “mənasız mübarizə” adlandırıb və Moskvanın hərbi gücünü ələ salaraq, onu “kağız pələng”lə müqayisə edib.
Adəm

-
Kriminal13:10
İlhamə Elşadqızına hökm oxundu
-
Nida Xəbər 12:03
Əli Əsədov qərar imzaladı
-
MDB11:14
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR
-
İdman10:30
Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Neçə milyon xərcləmişdi?
-
Sosial10:10
Qəhrəmanlığı ilə yanaşı möhtəşəm səsi də var idi... - VİDEO
-
Nida Xəbər 09:30
Mehriban Əliyeva Azərbaycan və ABŞ prezidentlərinin dialoqunu paylaşdı - VİDEO
-
Hadisə09:11
Bakıda çoxmərtəbəli binada yanğın - FOTO/VİDEO
-
İKT08:48
Bu qulaqlıqlar eşitmə üçün olduqca zərərlidir - XƏBƏRDARLIQ