İdman
"Barselona" şokda: 4-5 ay olmayacaq

"Barselona" və İspaniya millisinin yarımmüdafiəçisi Qavi uzun müddətə sıradan çıxıb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu daxili meniskin bərpası üçün artroskopik əməliyyat keçirib. Meniskin qorunması məqsədilə tikişlər qoyulub. Sağalma müddətinin təxminən 4-5 ay davam edəcəyi bildirilib.
Qeyd edək ki, Qavinin dizlərində bu, ilk problem deyil. 2023/24 mövsümündə o, bağlarını qoparmış və təxminən bir il futboldan kənarda qalmışdı.
Cari mövsümdə yarımmüdafiəçi klub səviyyəsində 2 oyuna çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.
Heybət

-
Sosial15:20
Onlara yeni vəzifə verildi
-
İdman14:00
"Neftçi" ulduz futbolçu ilə anlaşa biləcək? - DETALLAR BƏLLİ OLDU
-
Nida Xəbər 13:50
Aeroportda yeni taksi qiymətləri: Ombudsman narazıdır!
-
Kriminal13:10
İlhamə Elşadqızına hökm oxundu
-
Nida Xəbər 12:03
Əli Əsədov qərar imzaladı
-
MDB11:14
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR
-
İdman10:30
Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Neçə milyon xərcləmişdi?
-
Sosial10:10
Qəhrəmanlığı ilə yanaşı möhtəşəm səsi də var idi... - VİDEO