İdman
FİFA-nın dünya çempionatı ilə bağlı şok planı: İştirakçı sayı yenə də artırılır

FİFA-da 2030-cu il dünya çempionatının 64 yığmanın iştirakı ilə keçirilməsi məsələsi müzakirə olunur.
Publika.az xəbər verir ki, bu barədə "Ole" məlumat yayıb.
Mənbənin sözlərinə görə, planetin ali futbol qurumu Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) iştirakçıların sayının artırılması ilə bağlı təklifini dəstəkləyib.
Gözlənilir ki, qrup mərhələsi 16 qrupdan ibarət olacaq və hər qrupda 4 komanda mübarizə aparacaq. Hər qrupdan 2 ən yaxşı komanda pley-offa yüksələcək.
Qeyd edək ki, FİFA artıq dünya çempionatında iştirakçı sayını 32-dən 48-ə qaldırıb. Bu formatda ilk mundial 2026-cı ildə keçiriləcək.
2030-cu il dünya çempionatı 13 iyun – 21 iyul tarixlərində İspaniya, Portuqaliya və Mərakeşdə baş tutacaq. Yubiley turnirin açılış oyunlarını isə Uruqvay, Argentina və Paraqvay qəbul edəcək.
Heybət

-
Kriminal13:10
İlhamə Elşadqızına hökm oxundu
-
Nida Xəbər 12:03
Əli Əsədov qərar imzaladı
-
MDB11:14
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR
-
İdman10:30
Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Neçə milyon xərcləmişdi?
-
Sosial10:10
Qəhrəmanlığı ilə yanaşı möhtəşəm səsi də var idi... - VİDEO
-
Nida Xəbər 09:30
Mehriban Əliyeva Azərbaycan və ABŞ prezidentlərinin dialoqunu paylaşdı - VİDEO
-
Hadisə09:11
Bakıda çoxmərtəbəli binada yanğın - FOTO/VİDEO
-
İKT08:48
Bu qulaqlıqlar eşitmə üçün olduqca zərərlidir - XƏBƏRDARLIQ