"Kamp Nou"ya lisenziya ala bilməyən "Barselona" mediaya ağız açdı - FOTOLAR
Bizi izləyin

İdman

"Kamp Nou"ya lisenziya ala bilməyən "Barselona" mediaya ağız açdı - FOTOLAR

"Barselona"yenə də şəhər şurasından "Kamp Nou" stadionunun istismarı üçün lisenziya ala bilməyib.

Publika.az xəbər verir ki, klub prezidenti Xuan Laportanın sözlərinə görə, La Liqa və UEFA arenanın hazır olduğunu təsdiqləyib. Lakin son qərar Kataloniya paytaxtının məmurlarından asılıdır.

"Barsa" iddiaların əsassız olmadığını göstərmək üçün jurnalistləri stadiona dəvət edib. Media nümayəndələrinə arenanın oyunların keçirilməsi üçün tam hazır olduğu bildirilib.

Bununla da, İspaniya nəhəngi mətbuatın dəstəyi ilə stadiona lisenziya almağa çalışıb.

"Barselona" növbəti ev matçını sentyabrın 28-də Olimpiya stadionunda "Real Sosyedad"a qarşı keçirəcək. Həmin arenada Çempionlar Liqası çərçivəsində PSJ ilə qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm