İdman
Fiziyev o döyüşdən niyə imtina edib? - Bu, artıq çox pisdir

UFC-də çıxış edən azərbaycanlı döyüşçü Rafael Fiziyev Çarlz Oliveyraya qarşı görüşdən geri çəkilmə qərarını şərh edib.
Publika.az xəbər verir ki, o, bunu zədəsi ilə əlaqələndirib:
"Yenidən dizimdən zədə aldım. Əməliyyata ehtiyac olmayacaq, amma tam şəkildə məşq edə və sparrinqlərə qatıla bilmirəm. Bərpa üçün bir neçə ay fasilə verməli olacağam.
Braziliyada döyüşə bilmədiyim üçün çox təəssüflənirəm. Uzun müddətdir bunun xəyalını qururdum. Amma artıq dizimdən iki əməliyyat keçirmişəm, belə bir zədə ilə döyüşmək çox riskli olardı. Eyni dizdən üç əməliyyat, bu, artıq çox pisdir".
Qeyd edək ki, Fiziyev və Oliveyra arasındakı qarşılaşma oktyabrın 11-də Rio-de-Janeyroda keçiriləcək turnirin əsas döyüşü olmalı idi. Fiziyevin zədələnməsindən sonra onun yerinə polşalı Mateuş Qamrot çıxış edəcək.
Heybət

-
Sosial15:20
Onlara yeni vəzifə verildi
-
İdman14:00
"Neftçi" ulduz futbolçu ilə anlaşa biləcək? - DETALLAR BƏLLİ OLDU
-
Nida Xəbər 13:50
Aeroportda yeni taksi qiymətləri: Ombudsman narazıdır!
-
Kriminal13:10
İlhamə Elşadqızına hökm oxundu
-
Nida Xəbər 12:03
Əli Əsədov qərar imzaladı
-
MDB11:14
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR
-
İdman10:30
Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Neçə milyon xərcləmişdi?
-
Sosial10:10
Qəhrəmanlığı ilə yanaşı möhtəşəm səsi də var idi... - VİDEO