Neymar onu məhkəməyə verdi
Bizi izləyin

İdman

Neymar onu məhkəməyə verdi

"Santos"un ulduz hücumçusu Neymar jurnalist Rodolfo Qomesi məhkəməyə verib.

Publika.az xəbər verir ki, bu barədə "Infobae" məlumat yayıb.

Bir müddət əvvəl Qomes braziliyalı futbolçunun aldığı zədəyə görə ilin sonuna qədər meydana çıxmayacağını bildirib. O həmçinin Neymarın peşəkar idmanla uyğun gəlməyən həyat tərzi sürdüyünü iddia edib.

Qomesin sözlərinə görə, Neymar viski və energetik içkilərdən asılıdır, tez-tez qəlyan çəkir və səhər saat 4-5-də yatır. Yuxu rejiminə görə "Santos"un məşqləri saat 10-11 radələrində keçirilir. Komandanın digər oyunçuları bundan narazıdır, amma məşqçilər heyəti Neymarın mənfi reaksiyasından çəkinərək məşqləri daha erkən saata keçirməyə cəsarət etmir.

Bu məlumatların dərc olunması Neymarın qəzəbinə səbəb olub. Futbolçunun maraqlarını təmsil edən "NR Sports" şirkəti Qomesi məhkəməyə verib və onu hücumçunun reputasiyasına zərər verən yalan xəbərlər yaymaqda ittiham edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm