İdman
Azərbaycanın MDB Oyunlarındakı bayraqdarları açıqlandı

III MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
Publika.az xəbər verir ki, sentyabrın 28-də Gəncə şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə daşıyacaq.
Asiman Qurbanlı III MDB Oyunlarında çıxış edəcək ən titullu idmançılardan biridir. O, üçqat Avropa çempionu, 2019-cu il II Avropa Oyunlarının və III İslam Həmrəyliyi Oyunlarının qalibi, 2011-ci il dünya çempionatının gümüş mükafatçısıdır.
Zemfira Həsənzadə olimpiya çəki dərəcələrində Avropa çempionatının bürünc mükafatçısı, gənclər arasında Avropa çempionudur.
Xatırladaq ki, III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək. Yarışlar isə Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.
Heybət

-
Sosial15:20
Adnan Əhmədzadənin həyat yoldaşına məxsus boyunbağının qiyməti - FOTO
-
Magazin214:47
Övladları "kişilərin siyahısı"nı tutub: Kardaşyan hansını seçəcək?
-
İdman13:42
Görün Qurban Qurbanov namazı harada qıldı - VİDEO
-
Rəsmi xronika13:12
BMT sessiyası: İlham Əliyev paylaşım etdi - VİDEO
-
İdman11:56
Messinin Antonellasından FOTOSESSİYA: Zinət əşyaları göz qamaşdırdı
-
MDB11:50
Paşinyan Lukaşenko ilə barışdı - FOTO
-
İdman09:36
Görün "Neftçi" Abubakara nə qədər maaş təklif edir
-
Region09:23
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib