İdman
Məhkəmə prosesi başladı: 20 milyon tələb edirlər

Londonda Formula-1 komandası “McLaren” və dörd dəfə “IndyCar” çempionu olmuş ispaniyalı sürücü Aleks Palou arasında məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
Palou 29 sentyabr tarixində “Uokinq” komandası ilə müqavilə mübahisəsi səbəbindən məhkəmədə iştirak edib.
Palou 2020-ci ildə “IndyCar” karyerasına başlamışdı. 2022-ci ilin ortalarında ispaniyalı sürücü, 2023-cü ildə “Chip Ganassi Racing” komandasında çıxış edəcəyi barədə yayılan xəbərləri inkaf edib. O, “McLaren” ilə razılaşdığını açıqlayıb və klub da razılaşmanı təsdiqləyib, lakin sürücünün hansı seriyada iştirak edəcəyi barədə məlumat verməyib.
2023-cü ildə Palounun “Arrow McLaren” komandasında çıxış edəcəyi gözlənilsə də, o CGR-də qalıb. Bu səbəbdən “McLaren” ona qarşı məhkəmə iddiası qaldırıb.
Hazırda Londonda Palou və McLaren arasında müqavilənin ləğvi ilə bağlı maliyyə məsələlərinin yekun həlli üçün mülki məhkəmə prosesi davam edir. Formula 1 konstruktorları çempionatının hazırkı lideri 28 yaşlı sürücüdən təxminən 20 milyon dollar tələb edir.
Qeyd edək ki, Palou heç vaxt Formula 1-də “McLaren” üçün yarışmayıb. Onun yeganə iştirakı 2022-ci il ABŞ Qran Prisində ilk məşq olub.
-
Magazin207:15
Ebru Gündeşin bu FOTOsu olay oldu - Boşandıqdan sonra tamam dəyişib
-
Kriminal03:44
Adnan Əhmədzadənin mülk SİYAHISI
-
Ekopublika.az02:43
Mask tarixdə sərvəti bu həddə çatan ilk insan oldu - İnanılmaz rəqəm
-
Qoroskop02:19
Günün ulduz falı: planlarınızı həyata keçirmək üçün fürsətlər yaranacaq
-
Dünya01:20
Çernobıl AES-də vəziyyət nə yerdədir? - Yeniləndi
-
İdman00:05
Qurban Qurbanov: O yerlərdə olmaq möhtəşəmdir
-
Rəsmi xronika1 Oktyabr 23:21
İlham Əliyev "Qarabağ"ı təbrik etdi
-
İdman1 Oktyabr 23:11
"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu - Foto