İnanmıram ki, bu gecə yata bilim - Elvin Cəfərquliyev
Bizi izləyin

İdman

İnanmıram ki, bu gecə yata bilim - Elvin Cəfərquliyev

“Yatsam yuxuma girməzdi ki, Çempionlar Liqasının hansısa oyununda matçın adamı seçiləcəm”.

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Çempionlar Liqasının 2-ci turunun “Kopenhagen”lə oyununun (2:0) ən yaxşısı seçilməsini şərh edərkən deyib.

“Komanda yoldaşlarıma, məşqçi heyətinə, azarkeşlərimizə təşəkkür edirəm ki, bu inamı bizə verdilər. İnanmıram ki, bu gecə yata bilim. Mükafatı elə yerə qoyacam ki, həmişə görüb, baxıb-baxıb yatım”, - o bildirib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm