Zubirdən tarixi uğur: Mbappe, Keyn və Salahla bir arada
Bizi izləyin

İdman

Zubirdən tarixi uğur: Mbappe, Keyn və Salahla bir arada

“Qarabağ”ın kaptanı Abdullah Zubir beş ulduz futbolçunun avrokuboklardakı nailiyyətini təkrarlayıb.

Publika.az xəbər verir ki. 33 yaşlı yarımmüdafiəçi ardıcıl səkkizinci mövsümdə avrokubokların əsas mərhələsində qol vuran 6 oyunçudan biridir. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.

Zubir buna Danimarkanın “Kopenhagen” komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyununda fərqlənməklə nail olub. “Real”da çıxış edən Kilian Mbappe, “Bayern”in üzvü Harri Keyn, “Liverpul”dan Məhəmməd Salah, “İnter”dən Lautaro Martines və “Atletiko”nun hücumçusu Antuan Qrizmann da bunu bacarıb.

Qeyd edək ki, “Qarabağ” ötən gün “Kopenhagen”i Tofiq Bəhramov adına Respublika stadionunda 2 cavabsız qolla üstələyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm