İdman
Bu gün MDB Oyunlarında 11 idman növü üzrə yarışlar keçiriləcək

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının 9-cu günündə 11 idman növü üzrə yarışlar keçiriləcək.
Publika.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal görüşləri olacaq. Azərbaycan millisi finala vəsiqə uğrunda oyunda Qazaxıstanla qarşılaşacaq.
Qəbələ şəhər stadionunda isə Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması final matçına çıxacaq. Rəqib Rusiyanın müvafiq yaş qrupundan ibarət seçməsi olacaq.
Qəbələdə, həmçinin badminton yarışları təşkil ediləcək.
Gəncədə güləş, qılıncoynatma, atıcılıq və voleybol yarışları keçiriləcək.
Göygöldə cüdo yarışlarına start veriləcək. Mingəçevirdə karate, Yevlaxda boks, Xankəndidə isə kamandan oxatma yarışları davam etdiriləcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
-
İKT02:44
"Instagram" istifadəçilərinin nəzərinə: Harada olduğunuz görünəcək...
-
Qoroskop01:40
Günün ulduz falı: ilk addımı atmaq üçün əlverişli vaxtdır...
-
Sosial00:05
Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
-
Hadisə3 Oktyabr 23:43
Bakıda ağır qəza: 3 nəfər xəsarət aldı
-
İdman3 Oktyabr 22:36
Messini MMA-ya çağırdılar: Uğur qazana bilərsən
-
Hadisə3 Oktyabr 20:10
TƏBİB-dən Oqtay Şirəliyevin vəfatı ilə bağlı AÇIQLAMA
-
ABŞ3 Oktyabr 19:20
Cəhənnəmlə üzləşəcəklər... - Tramp HƏMAS-a 2 gün möhlət verdi
-
Hadisə3 Oktyabr 19:10
Oqtay Şirəliyev vəfat etdi