Magazin1
Alim Qasımov 18 il sonra yenidən Kanadada çıxış etdi
Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Alim Qasımov Kanadanın Ontario vilayətinin Toronto şəhərində konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, xanəndə 18 ildən sonra yenidən Kanadadakı musiqisevərlərə görüşüb. 1000 nəfərdən çox dinləyicinin iştirak etdiyi "The Creative School Churusalis" yaradıcı mərkəzində Kanadada yaşayan azərbaycanlılar, Azərbaycan icmasının nümayəndələri, cənubi azərbaycanlılar və digər millətlərin nümayəndələri konserti böyük şövqlə izləyiblər.
Xanəndənin beynəlxalq səviyyədə tanınan xoreoqraf, pedaqoq, kanadalı rəqs novatoru Saşar Zarifla "Məhəbbət" adlı konserti böyük tamaşaçı sevgisi ilə qarşılanıb. Alim Qasımovun ruhu titrədən canlı vokal improvizasiyaları ilə Zarifin sufizmdən qidalanan rəqsləri birləşərək muğamla səmanın, musiqi ilə rəqsin, sədaqətlə həsrətin qədim bağını yenidən canlandırıb.
İfaçıları səhnədə xanəndənin dörd nəfərdən ibarət Muğam Ansamblı müşayiət edib.
Konsertin təşkilatçısı Small World Music, rejissoru Saşar Zarifdir.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı


































