Sosial
Qarabağa qayıdan köçkünlərin Bakıdakı evləri bu şəxslərə verilir

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən on minlərlə məcburi köçkün uzun illərdir ölkənin müxtəlif bölgələrində salınmış qəsəbə və şəhərciklərdə məskunlaşıb. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə köçkünlərin öz doğma torpaqlarına qayıdışı artıq mərhələli şəkildə həyata keçirilir.
Doğma yurdlarına qayıdan insanların köçkün qəsəbələrindəki evləri və şəhərciklərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək taleyi aktuallıq kəsb edir.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-ın sorğusuna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə – yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.
Qarabağa köç edən keçmiş məcburi köçkünlərin Bakı, Sumqayıt və digər şəhər və rayonlarda olan evləri müvəqqəti olaraq başqa məcburi köçkünlərə verilir
“Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunmuş və onların müvəqqəti məskunlaşdıqları yaşayış komplekslərindən köçürülmə çox az hallarda baş verir. Belə hallarda boşalmış mənzilin digər məcburi köçkün ailəsinə verilərkən, onların sosial statusu daha çox nəzərə alınır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 65 saylı qərarına əsasən, məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş yaşayış sahələrini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişdirmək, ipoteka predmeti kimi istifadə etmək və digər yollarla özgəninkiləşdirmək olmaz, onlar həmçinin başqasını həmin evə köçürmək hüququna malik deyillər.
-
Region13:23
Köçəryan Paşinyanı hədələdi: Bunu etsən, inqilab olacaq
-
Rəsmi xronika13:14
Qəbələdə Zirvə Görüşü: İlham Əliyev dövlət başçılarını qarşıladı - CANLI/YENİLƏNDİ
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO
-
Sosial12:02
AZAL-ın idarə rəisi vəfat etdi
-
Hadisə11:24
Sərxoş kişini sancan gürzə dərhal öldü: Arvadının qarşısına elə fakt qoydu ki...
-
Hadisə11:12
DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı - VİDEO
-
MDB10:18
Rusiya Kiyev ətrafına terrorçu partizanlar göndərdi: Dəmir yolunu partladıblar
-
Region10:06
Türkiyədən acı xəbər gəldi: 5 ölü, 10-dan çox yaralı