İdman
Ronaldo daha bir mükafat aldı: İlk dəfə...

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2025-ci il "Portugal Football Globes" mükafatlandırma mərasimində “Globe Prestige” mükafatına layiq görülüb.
Publika.az xəbər verir ki, o, bu mükafatı Portuqaliya futbolunun inkişafına verdiyi töhfəyə görə alıb.
“Bilirəm ki, məni bu mərasimlərdə görməkdən yorulubsunuz! Amma özümlə qürur duyuram və xoşbəxtəm. Düşünürəm ki, hələ də milli komandaya və futbola çox şey verə bilərəm”, – deyə Ronaldo çıxışı zamanı bildirib.
"Portugal Football Globes" mərasiminin ilk buraxılışında həm milli, həm də beynəlxalq futbolun ən yaxşı oyunçuları təltif olunub. Təşkilatçılar qeyd ediblər ki, bu tədbir keçmişin mirasından ilhamlanaraq Portuqaliya futbolunun “qızıl bu gününü” formalaşdıranlara və gələcəyin istedadlarını yaradanlara hörmət ifadəsidir.
Heybət
-
Nida Xəbər 11:58
Əli Əsədov qərar imzaladı
-
Magazin210:58
Saxlanılan məşhurlarla bağlı göstəriş verildi - Yeni detallar
-
Magazin210:46
Bu gün nişanı olacaqdı, saxlanıldı - FOTOLAR
-
MDB10:04
Belə şey olmamışdı: Yeni ildə düz 12 gün iş olmayacaq
-
Magazin209:30
Dilan və Engin Polat cütlüyü yenidən saxlanıldı: Bu dəfə...
-
Hadisə09:00
Salyanda FACİƏ - Sürücü yanaraq öldü
-
Magazin108:00
Rövşanə efirə qayıdır
-
İdman06:46
“Çelsi” və “Arsenal” istəyir: “Barselona” qiymət kəsdi