Ronaldo karyerasını nə vaxt bitirəcək? - - Ailəsi tələb edir ki...
Bizi izləyin

İdman

Ronaldo karyerasını nə vaxt bitirəcək? - - Ailəsi tələb edir ki...

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı suala cavab verib.

Publika.az xəbər verir ki, 40 yaşlı superulduz ailəsinin onun futbolla vidalaşmasını istədiyini bildirib:

“Oğlum və ailə üzvlərim tez-tez deyirlər ki, "artıq dayanmağın vaxtıdır, sən hər şeyi qazanmısan, 1000 qol vurmaq sənə nə verəcək?" Amma mən belə düşünmürəm. Hesab edirəm ki, hələ də yaxşı işlər görürəm, klubuma və yığmama kömək edirəm. Elədirsə, niyə davam etməyim?

Əminəm ki, hər şey bitəndə karyeramı məmnunluq hissi ilə başa vuracağam, çünki bacardığımın hamısını vermişəm. Bilirəm ki, çox il qalmayıb, amma qalan az sayda anlardan maksimum dərəcədə zövq almağa çalışıram”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm