“Çelsi” və “Arsenal” istəyir: “Barselona” qiymət kəsdi
Bizi izləyin

İdman

“Çelsi” və “Arsenal” istəyir: “Barselona” qiymət kəsdi

“Çelsi” və “Arsenal” “Barselona”nın yarımmüdafiəçisi Mark Kasado ilə maraqlanır.

Publika.az xəbər verir ki, “Caught Offside”a görə, bu klublar qışda oyunçunu almağa cəhd edə bilər.

Mənbənin məlumatına görə, Kataloniya klubu futbolçunu 30-35 milyon avroya buraxmağa hazırdır. “Blauqrana”nın maliyyə problemlərini həll etmək üçün Kasadonu sata biləcəyi vurğulanır.

Yayda mətbuatda “Barselona”nın yarımmüdafiəçisinə “Çelsi” və “Arsenal”ın maraq göstərdiyi barədə məlumatlar yayılmışdı.

Bu mövsüm Kasado bütün yarışlarda yeddi matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 30 milyon avrodur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm