Messi dostunun qərarına belə reaksiya verdi: İndi mənə o ötürmələri kim edəcək?
Bizi izləyin

İdman

Messi dostunun qərarına belə reaksiya verdi: İndi mənə o ötürmələri kim edəcək?

“İnter Mayami”nin hücumçusu Lionel Messi komanda yoldaşı Xordi Albanın MLS mövsümünün sonunda karyerasını bitirəcəyini açıqlamasına münasibət bildirib.

Publika.az xəbər verir ki, argentinalı ulduz sosial şəbəkə hesabında paylaşım edərək bu sözləri yazıb:

“Sağ ol, Xordi. Mən sənin üçün çox darıxacağam. Birlikdə yaşadığımız hər şeydən sonra sol cinahda sən olmadan oynamaq çox qəribə olacaq. İllər ərzində mənə neçə məhsuldar ötürmə verdiyini düşünmək də çılğınlıqdır. İndi mənə o ötürmələri kim edəcək?”

Alba “Barselona” ilə 6 dəfə İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub. O, həmçinin “Kornelya”, “Valensiya” və “Ximnastik”də çıxış edib. Müdafiəçi 2023-cü ildə “İnter Mayami”yə qoşulub. Alba və Messi 2012–2021-ci illərdə “Barselona”da da birgə çıxış ediblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm