İdman
Tatyana ulduz futbolçuya xoş xəbəri belə çatdırdı - VİDEO

Son iki gün ərzində "Arsenal"ın qapıçısı David Rayanın həyatında iki sevincli hadisə baş verib.
Publika.az xəbər verir ki, klub ona yeni, maddi baxımdan daha yaxşı şərtlərlə müqavilə təklif edib, həyat yoldaşı Tatyana Trubul isə ona ata olacağı xəbərini çatdırıb.
Üstəlik, bunu çox şirin bir şəkildə edib. David evdə olarkən həyat yoldaşı ona hədiyyə verib. Hədiyyə qutuda gizlədilib və elə qablaşdırılıb ki, içində nə olduğunu dərhal anlamaq mümkün olmayıb. İspan futbolçu hədiyyəni açanda "Arsenal" rənglərində kiçik bir kofta görüb, arxasında isə "Daddy" (ata) sözü yazılıb. Futbolçu əvvəlcə bunun nə demək olduğunu anlamayıb və bir daha soruşub.
Amma Tatyana bununla kifayətlənməyib. Eyni sürprizi həm öz, həm Davidin valideynlərinə, hazırlayıb. Hamı ailəvi naharda bir araya gələndə o, onlara da qutuları açmağı təklif edib. Qutuların içindən arxasında ispan dilində "Abuela" (nənə) sözü yazılmış köynəklər çıxıb.
Qohumlar hədiyyəyə sevinib, köynəkləri əllərində fırladıblar, amma onlar da əvvəlcə bunun nə demək olduğunu tam anlamayıblar. Yaxud da buna fikir verməyiblər.
Və nəticədə musiqi fonunda yadda qalan şirin bir ailə videosu yaranıb.
-
Maraq dünyası13:36
Dünyada ilk smartfon telefon Azərbaycanın bu filmi əsasında hazırlanıb: Maraqlı FAKT - VİDEO
-
Dünya13:16
Azərbaycandan qayıdan Ərdoğandan mühüm açıqlama: Göstəriş vermişik ki...
-
Sosial12:38
Pensiya alanların NƏZƏRİNƏ
-
Nida Xəbər 11:58
Əli Əsədov qərar imzaladı
-
Magazin210:58
Saxlanılan məşhurlarla bağlı göstəriş verildi - Yeni detallar
-
Magazin210:46
Bu gün nişanı olacaqdı, saxlanıldı - FOTOLAR
-
MDB10:04
Belə şey olmamışdı: Yeni ildə düz 12 gün iş olmayacaq
-
Magazin209:30
Dilan və Engin Polat cütlüyü yenidən saxlanıldı: Bu dəfə...