Bu ölkə A Seriyası matçına ev sahibliyi etmək üçün görün nə qədər təklif edir
Bizi izləyin

İdman

Bu ölkə A Seriyası matçına ev sahibliyi etmək üçün görün nə qədər təklif edir

Avstraliya “Milan” ilə “Komо” arasında keçiriləcək A Seriyası matçına ev sahibliyi etmək hüququ üçün 12 milyon avro ödəməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə "Calcio e Finanza" məlumat yayıb.

Bu məbləğdən oyun təşkilatına xərclənəcək vəsait çıxıldıqdan sonra təxminən 8-9 milyon avro qalacaq. Həmin məbləğ təkcə matç iştirakçıları arasında deyil, oyunun xaricdə keçirilməsinə səs verən digər 18 A Seriyası klubu arasında da bölüşdürüləcək.

Ən böyük pay nominal meydan sahibi olan “Milan”a çatacaq.

“Milan” – “Komо” görüşü 2026-cı il fevralın 7-8-də Pert şəhərində keçiriləcək. Matçın İtaliyadan kənarda təşkili planı “San-Siro”da 2026-cı ilin fevral 6-da Qış Olimpiya Oyunlarının açılış mərasiminin baş tutacağına görə ortaya çıxıb.

Bu, A Seriyası tarixində İtaliyadan kənarda keçiriləcək ilk rəsmi oyun olacaq. Liqa daha əvvəl UEFA-dan matçın Avstraliyada keçirilməsinə icazə alıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm