Corcina da bu işə başladı: Ronaldo dəstək oldu - VİDEO
Bizi izləyin

İdman

Corcina da bu işə başladı: Ronaldo dəstək oldu - VİDEO

"Əl-Nəsr"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, argentinalı model və influenser dəbdəbəli həyatından ətraflı bəhs edəcək yeni "YouTube" kanalını istifadəyə verib.

"Georgina Gio" adlı yeni kanal bazar ertəsi günü fəaliyyətə başlayıb və "İnstaqram" vasitəsilə tanıdılıb. 665 milyon izləyicisi olan Ronaldo da bu xəbəri öz hekayələrində paylaşaraq təşviqat aparıb.

Kanalın ilkin buraxılışı üç videodan ibarətdir: təqdimat xarakterli salam videosu, "Krislə əyləncəli anlar: bizi daha yaxından tanıyın" adlı süjet və Venesiyaya son səfərdən vloq formatında pərdəarxası kadrlar. Bir neçə saat ərzində kanal 5000-dən çox abunəçi qazanıb.

Qeyd edək ki, bir il əvvəl Ronaldonun da şəxsi "YouTube" kanalı uğurla fəaliyyətə başlamış və rekordlar qırmışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm