Ekopublika.az
Adnan Əhmədzadənin Maltadakı şirkəti ilə bağlı YENİ DETALLAR

Ötən ay həbs olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin adının keçdiyi “Alkagesta” şirkəti ilə bağlı bir sıra detallar məlum olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2022-ci il üçün dərc edilmiş hesabatlara əsasən, “Alkagesta” Maltada 42,4 milyon avro mənfəət əldə edib.
Şirkət bu gəlirdən cəmi 2,1 milyon avro vergi ödəyib.
Rəsmi mənbələr təsdiq edir ki, “Alkagesta” Maltada qeydiyyatdan keçmiş xarici şirkətlərə tətbiq edilən 5%-lik aşağı vergi dərəcəsini ödəyir.
Rusiya neftininin qanunsuz satışında ittiham olunan “Alkagesta” hər il Malta hökumətini on milyonlarla potensial və əlavə vergi gəlirlərindən məhrum edib. Belə ki, “Alkagesta” heç bir məhsul istehsal etmir və iqtisadiyyata hər hansı dəyər qatmır. Şirkət əsasən bunker sənayesində hər kəsin təklif edə biləcəyi brokerlik və ticarət xidmətləri göstərir.
Sadəcə olaraq “Alkagesta” dərin likvidlik ciblərinə malikdir və bu şirkət Maltanın ən böyük neft yük daşımalarıdır.
Qəribədir ki, hökumət xarici şirkətə Maltanın neft bunkerləmə əməliyyatlarının əksəriyyətini ələ keçirməyə icazə verib və uzunmüddətli perspektivdə onlarla və yüz milyonlarla avro vergi gəlirlərini itirib. Bu səbəbdən “Alkagesta”nın Maltada necə böyüməsinə icazə verilməsi bir çoxlarında təəccüb doğurub. Şirkətin Maltada möhkəmlənməsi SOCAR-ın “ElectroGas” energetika konsorsiumu ilə əlaqəsinə dayandığı iddia edilir.
Qeyd edək ki, Adnan Əhmədzadə SOCAR-dan rəsmi şəkildə ayrılsa da, şirkətin neft məhsullarının beynəlxalq daşımalarında və satışında mühüm rol oynamaqda davam edib. Bu iddia ilə bir müddət əvvəl “Maltese Herald” nəşri çıxış edib. Nəşr iddia edib ki, bu biznesdə onun rəhbəri olduğu ABDA Invest Holding şirkətinin və onun yaxın qohumu Kamran Ağayev tərəfindən idarə edildiyi deyilən Malta şirkəti “Alkagesta”nın adı keçir.
Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft bunkeri olan Kamran Ağayevə məxsus şirkətdir. İddia olunur ki, Əhmədzadə özü həmin şirkətin gizli təsisçisi olsa da, sənəd üzərində onu doğma xalası oğlu Kamran Ağayev təmsil edib.
-
Dünya20:56
Qəzzada atəşkəs bu gün elan olunan bilər - Hakan Fidan
-
Hadisə20:20
Polkovnik-leytenantın oğlunu öldürən şəxs polisə təslim oldu - Foto/Yeniləndi
-
Ekopublika.az18:50
Adnan Əhmədzadənin Maltadakı şirkəti ilə bağlı YENİ DETALLAR
-
Hadisə18:20
İmişlidə toyda 73 nəfərin zəhərlənməsinin səbəbi açıqlandı
-
Rəsmi xronika17:17
İlham Əliyev fərman imzaladı
-
Sosial15:53
İcra başçısı əyləşib, şəhid anası, qazilər də ayaq üstə - FOTOLAR
-
Sosial15:17
Rəhbər şəxslər kütləvi şəkildə işdən çıxır - Metropolitendə nə baş verir?
-
İdman14:18
Azərbaycanla oyundan əvvəl fransalı futbolçuların dəb şousu - FOTOLAR