İdman
Azərbaycanla oyundan əvvəl fransalı futbolçuların dəb şousu - FOTOLAR
Məlum olduğu kimi oktyabrın 10-da Azərbaycan millisi 2026-cı ilin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Fransanın qonağı olacaq.
Publika.az xəbər verir ki, mundiala vəsiqə qazanmağı hədəfləyən "xoruzlar" artıq 2 gündür matçın hazırlıqlarına başlayıblar. Komandada ciddi itkilər var. Xüsusən də hücum xəttində. "Qızıl top"un qalibi, PSJ-nin vingeri Usman Dembele və komanda yoldaşı Bredli Barkola ilə yanaşı, "Real"ın ulduz forvardı Kilian Mbappe zədə səbəbindən yığmamızla görüşü buraxacaq. Lakin o, komandanın düşərgəsini tərk etməyib.

Zədələlərə rəğmən üçrənglilərin düşərgəsində əhval-ruhiyyə yaxşıdır. Didye Deşamın yetirmələri təkcə bacarıqları ilə deyil, həm də geyim tərzləri ilə də özlərinə psixoloji üstünlük qazandırırlar. Hətta komanda üzvlərinin millinin düşərgəsinə gəldiyi vaxt geyindiyi geyimlər dünya mətbuatında müzakirə olunub. Fransalı futbolçular mədəniyyətlərinə uyğun olaraq müasir dəblə ayaqlaşmağa və rəngarəng geyinməyə çalışıblar.
Bu, Fransa millisinin oyunçuları üçün ənənəyə çevrilib. Onlar hər dəfə yığmanın sıralarına maksimal dərəcədə dəbli şəkildə qoşulurlar. Hər beynəlxalq fasilə onlar üçün bir növ yeni dəb nümayişinə çevrilir.
Heybət












-
Nida Xəbər 15:48Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə…”
-
Kriminal14:55İcra Hakimiyyətində qalmaqal: Vəzifəli şəxs başçının müavininə hücum etdi
-
Nida Xəbər 14:21Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
-
Dünya13:25Türkiyənin siyasəti nəticə verir: Qərb onlar üçün qapılarını bağladı
-
Region13:06İrandan sensasion iddia: Bu zavodun yerini İsrailə onlar deyib, orada olmuşdular
-
Sosial12:47Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO
-
Köşə12:05Şahruddin Qurban Qurbanova qarşı üsyan qaldırdı
-
Dünya11:45Məmdaninin qələbəsi Nyu-Yorku "silkələdi": Yəhudilər silahlanırlar





































