İdman
Dani Alveşdən bu dəfə şad xəbər gəldi: 42 yaşında üçüncü dəfə...
"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş ata olub.
Publika.az xəbər verir ki, 42 yaşlı veteran futbolçunun evli olduğu model Xoana Sansdan qız övladı dünyaya gəlib.
Cütlük hələlik rəsmi açıqlama verməyib. Bununla belə, altı həftə əvvəl gələcək övladları üçün hazırlanmış uşaq otağının şəklini paylaşan Xoana bu gün təşəkkür sözləri ilə birlikdə ona göndərilmiş gül dəstəsinin fotosunu paylaşaraq vacib hadisəyə işarə edib.
Alveşin ilk nikahından iki yeniyetmə övladı var. O, hələ sosial şəbəkələrini yeniləməyib. Körpənin dünyaya gəldiyini isə məşhurlar haqqında yazan ispan saytı "Vanitatis" xəbər verib.
Yeni doğulan qızın tam adı açıqlanmasa da, ehtimala görə J hərfi ilə başlayır. O, cütlüyün ilk övladıdır. Xoana hamilə olduğunu 912 min izləyicisi ilə bu ilin mart ayının sonunda bölüşüb. Üç dəfə uşağını itirmiş və süni mayalanma (EKO) prosesi keçmiş Xoana həmin xəbəri duyğulu bir video ilə paylaşaraq göz yaşlarını güclə saxlaya bilmişdi.
Qeyd edək ki, karyerasının bitməsi ilə nəticələnən təcavüz qalmaqalı ilə gündəmə gələn Alveş Kataloniya məhkəməsinin martın sonunda keçirilən iclasında seksual zorakılıq işi üzrə təqsirsiz elan edilmişdi.
Heybət
-
Rəsmi xronika17:23İlham Əliyev iki fərman imzaladı
-
Sosial16:50Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır
-
Nida Xəbər 15:48Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə…”
-
Kriminal14:55İcra Hakimiyyətində qalmaqal: Vəzifəli şəxs başçının müavininə hücum etdi
-
Nida Xəbər 14:21Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı
-
Dünya13:25Türkiyənin siyasəti nəticə verir: Qərb onlar üçün qapılarını bağladı
-
Region13:06İrandan sensasion iddia: Bu zavodun yerini İsrailə onlar deyib, orada olmuşdular
-
Sosial12:47Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO













.jpg)





















