İdman
"Yuventus" türkiyəli ulduzun maaşını 3 dəfə artırmaq istədi, atası razılaşmadı
"Yuventus" yarımmüdafiəçi Kenan Yıldızla müqaviləni uzatmaq üçün ilk addımı atıb.
Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Turin klubu 20 yaşlı türkiyəli futbolçuya yeni sözləşmə təklif edib. Yeni müqaviləyə əsasən, Yıldızın hazırkı maaşı təxminən üç dəfə artırılmalıdır.
Hazırda o, mövsümə görə 1,5 milyon avro qazanır. Yeni təklif bonuslarla birlikdə Kenanı "Yuventus"un ən yüksək maaş alan oyunçularından birinə çevirəcək. Lakin bu şərtlər futbolçunun nümayəndələrini tam qane etmir.
Kenanın atası və eyni zamanda agenti Engin Yıldız hesab edir ki, oğlunun klubdakı rolu daha yüksək maliyyə qiymətinə layiqdir. O, rəhbərlikdən futbolçunun statusuna uyğun, daha sərfəli təklif gözləyir.
"Yuventus" rəhbərliyi yeni müqaviləni mümkün qədər tez bağlamaqda maraqlıdır ki, transfer risklərinin qarşısını alsın. Ötən yay klub "Çelsi"nin 70 milyon avroluq təklifini rədd etmişdi, lakin London təmsilçisi 2029-cu ilin yayına qədər müqaviləsi olan gənc türkü yenidən almağa cəhd göstərir.
Heybət
-
Magazin219:30Quldurlar məşhur reperin evinə girib anasını girov götürdülər
-
Kriminal19:1070 kiloqram qızılla tutulan polkovnik-leytenantdan XƏBƏR VAR
-
Nida Xəbər 19:00Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT - FOTO
-
İdman18:50İslam o qələbəyə görə milyonlar qazanıb: Məbləğ açıqlandı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı
-
MDB17:44Rusiya Türkiyə gəmisini vurdu: Ekipajdakı 16 nəfər... - VİDEO
-
Rəsmi xronika17:23İlham Əliyev iki fərman imzaladı
-
Sosial16:50Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır













.jpg)
.jpg)


















