Öpüşün qurbanı olub? - 4 illik cəzalandırıldı
Bizi izləyin

İdman

Öpüşün qurbanı olub? - 4 illik cəzalandırıldı

Beynəlxalq Tenisdə Dürüstlüyün Təminatı Agentliyi (ITIA) venesuelalı tennisçi Qonsalo Oliveyranı (reytinqdə 460-cı) metamfetaminə görə 4 il müddətinə diskvalifikasiya edib.

Publika.az xəbər verir ki, bu barədə ITIA-nın rəsmi saytı məlumat yayıb.

İdmançı 2025-ci ilin yanvarında müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb. Buna səbəb 2024-cü ilin noyabrında Meksikanın Manzanillo şəhərində keçirilən “Çelencer” turnirində götürülən A və B nümunələrində qadağan olunmuş maddənin aşkar olunması olub.

Oliveyra dinləmələr zamanı metamfetaminin orqanizminə öpüş vasitəsilə keçdiyini sübut etməyə çalışsa da, müstəqil tribunal onun arqumentlərini inandırıcı saymayıb.

Müvəqqəti uzaqlaşdırma dövrü diskvalifikasiya müddətinə daxil ediləcək. Tennisçi 17 yanvar 2025-ci ildən yarışlardan uzaqlaşdırılıb və onun cəzası 16 yanvar 2029-cu ildə başa çatacaq.

Oliveyranın karyerasında ən yüksək göstəricisi 2017-ci ilin dekabrında ATP reytinqində 194-cü yer (təkli yarışlarda) və 2020-ci ilin avqustunda 77-ci yer (cütlüklərdə) olub.

Qeyd edək ki, dopinq izlərini “təsadüfi öpüşlə” izah etməyə cəhd tennis tarixində ilk hadisə deyil. 2009-cu ildə fransalı Riçar Qaske müstəqil tribunala kokaini bilərəkdən qəbul etmədiyini və onu gecə klubunda bir qadını öpdüyü üçün orqanizmində maddənin aşkarlandığını sübut etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm