“Qızıl top”un qalibinin şərəfinə qızıl heykəl ucaldıldı - VİDEO
Bizi izləyin

İdman

“Qızıl top”un qalibinin şərəfinə qızıl heykəl ucaldıldı - VİDEO

İspaniyalı rəssam Dieqo Oxeda dünyanın ən yaxşı futbolçularından biri sayılan Aytana Bonmatinin şərəfinə onun qızıl büstünü yaradıb.

Publika.az xəbər verir ki, “Barselona”nın 27 yaşlı ulduzunun heykəli Kataloniya paytaxtında, Siutadella parkında quraşdırılıb. Abidənin əsas hissəsi 3D çap texnologiyası ilə hazırlanıb, qulaqları, gerbi və üzü isə usta tərəfindən plastilindən əl ilə modellənib.

Son mərhələdə büstə qızılı parıltı verən folqa örtüyü çəkilib. Postamentin üzərində katalan dilində qızıl hərflərlə belə yazılıb:

“Aitana Bonmatí, tres vegades guanyadora de la Pilota d’Or. El nostre orgull” – “Aytana Bonmati – üçqat “Qızıl top” sahibi. Qürurumuz.”

Xatırladaq ki, ötən ay Parisdə keçirilən mərasimdə Aytana Bonmati karyerasında üçüncü dəfə “Qızıl top” mükafatını qazanıb. O, səsvermədə İngiltərədən Anna Hempton və Lyusi Bronz, Polşadan Eva Pajor, İspaniyadan Patrisia Qiraho və Aleksiya Putelyas, eləcə də İngiltərədən Alessiya Russo və Xloi Kelli, İspaniyadan isə Mariona Kaldenteyi qabaqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm