Rallidə faciə: Finişə 2 km qalmış öldü
Bizi izləyin

İdman

Rallidə faciə: Finişə 2 km qalmış öldü

Portuqaliyalı motosikletçi Jorje Brandao Mərakeş rallisində baş verən qəza nəticəsində həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Yarış Ərfud şəhəri ətrafındakı halqavari marşrutda keçirilib. İdmançı yarışın sonuncu – beşinci mərhələsində, finişə cəmi iki kilometr qalmış qəza keçirib.

O, dərhal tibbi helikopterlə Ərfud xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm