Əfsanəvi isveçli rusların qayıdışına etiraz etdi
Bizi izləyin

İdman

Əfsanəvi isveçli rusların qayıdışına etiraz etdi

İsveçli biatlonçu, olimpiya çempionu və ikiqat dünya çempionu Sebastyan Samuelsson Rusiyanın İtaliyada keçiriləcək Qış Paralimpiya Oyunlarında iştirakına icazə verilməsinə qarşı çıxıb.

Publika.az xəbər verir ki, sentyabrın sonunda Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarus Paralimpiya Komitələrinin üzvlüyünü tam bərpa edərək, Rusiya və Belarus paralimpiyaçılarına öz ölkələrinin bayrağı və himni altında Paralimpiya Oyunlarında iştirak etməyə icazə verib.

“Mən bunu çox qəribə hesab edirəm, bunu heç də başa düşmürəm. Onlar reaksiyanın necə olacağını görmək üçün sınaqdan keçirirlər. Məndə belə təəssürat yaranıb.

Heç nə dəyişməyib. Əgər qoyulan məhdudiyyətlər uzunmüddətli deyilsə, mənasızdır.

İctimai müzakirələrdə yer almayan çox yaxşı bir arqument Olimpiya barışığıdır. Rusiya onu üç dəfə pozub: 2008, 2014-cü illərdə və Ukraynada hərbi münaqişə başlayanda. Əgər onlara indi yarışmağa icazə verilsə, bu, Olimpiya atəşkəslərinin başqa bir pozulması olardı. Əgər qərara alınıbsa ki, Olimpiya atəşkəsi hər hansı bir məna daşıyır, o zaman belə qalmalıdır. Əks halda, o, sadəcə olaraq ləğv edilə bilər”, – Samuelssonun sözlərini “Expressen” sitat gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm