Tarixlərində ilk dəfə dünya çempionu oldular
Bizi izləyin

İdman

Tarixlərində ilk dəfə dünya çempionu oldular

U-20 milli komandalar arasında dünya çempionatının final oyunu keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Argentina və Mərakeş yığmaları üz-üzə gəlib. Matç Afrika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Yassir Zabiri dubl edib.

Beləliklə, Mərakeş yığması tarixində ilk dəfə gənclər arasında dünya çempionatının qalibi olub.

Qeyd edək ki, U-20-lərin növbəti mundialı 2 il sonra Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm