Möhtəşəm qol vurdu: Meydanın özlərinə aid hissəsindən... - VİDEO
Bizi izləyin

İdman

Möhtəşəm qol vurdu: Meydanın özlərinə aid hissəsindən... - VİDEO

İngiltərə Birinci Liqasında möhtəşəm qol vurulub.

Publika.az xəbər verir ki, 13-cü turda çempionatın liderlərindən biri olan “Bredford” öz meydanında turnir cədvəlində 10-cu pillədə qərarlaşan “Barnsli”ni qəbul edib. Qonaqların futbolçusu Reyes Klirin inanılmaz qola imza atıb.

“Barnsli”nin 21 yaşlı yarımmüdafiəçisi topu meydanın özlərinə aid hissəsindən birbaşa qapıya göndərərək sensasiyaya səbəb olub. Rəqib qapıçı topa çatmaq istəsə də, onu saxlaya bilməyib və topla birlikdə tora daxil olub.

Kliri qolunu qısa, amma mənalı cümlə ilə şərh edib: “Əgər cəhd etməsən, heç nə əldə etməzsən”.

Qeyd edək ki, matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm