İdman
"Real"a ulduz futbolçusundan bəd xəbər: "Yuventus"la oyunu buraxa bilər

"Real"ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının oktyabrın 22-də keçiriləcək "Yuventus"la 3-cü tur oyununu buraxa bilər.
Publika.az xəbər verir ki, buna səbəb onun La Liqanın 9-cu turunda - "Xetafe" ilə qarşılaşmanın son dəqiqələrində zədələnməsi olub. Kurtua Kamara ilə mübarizədə rəqib hücumçunu dayandırsa da, topu xilas edərkən dizindən güclü zərbə alıb.
"Carrusel Deportivo"nun məlumatına görə, belçikalı qapıçı "Yuventus"la oyunu buraxa bilər. Onun həftə sonu baş tutacaq "Barselona" ilə oyun üçün bərpa ola biləcəyi qeyd olunub.
Başqa bir narahatlıq isə David Alaba ilə bağlıdır. Avstriyalı futbolçu baldırında spazm hiss edib və bu gün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, "Real" ÇL-də 2 turdan sonra 6 xala sahibdir.
Heybət
-
Sosial17:26
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Rəsmi xronika16:32
İlham Əliyev Qazaxıstana getdi
-
Sosial15:02
Aqil Ələsgərin həyat yoldaşı intihara cəhd etdi
-
Sosial14:45
Məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatdı
-
İdman14:07
Qadın futbolunun yeni ulduzu: Azarkeşlər indi də ona aşiq olub - FOTOLAR
-
Magazin213:53
Keçmiş əri Lopeslə bağlı şok faktları açıqladı: Saysız-hesabsız xəyanətlər
-
Sosial13:10
Taksi sürücülərinə XƏBƏRDARLIQ: Bu tarixdə...
-
Region12:00
Ermənistanda axtarış: Təhlükəsizlik qüvvələri bu meriyaya basqın etdilər - VİDEO