Klopp ilk dəfə açıqladı: Niyə “Yunayted”i yox, “Liverpul”u seçib?
Bizi izləyin

İdman

Klopp ilk dəfə açıqladı: Niyə “Yunayted”i yox, “Liverpul”u seçib?

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp 2013-cü ildə “Mançester Yunayted”lə apardığı danışıqların təfərrüatlarını ilk dəfə bölüşüb.

Publika.az xəbər verir ki, o, “qırmızı şeytanlar”dan fərqli olaraq Mersesayd klubunu niyə seçdiyini izah edib:

“Mənə görüşlərdə xoşuma gəlməyən sözlər deyirdilər: “İstədiyin istənilən futbolçunu transfer edəcəyik – bax bunu, onu və digərlərini”. Mən oturub düşündüm: “Bu, mənim layihəm deyil”. Mən Pol Poqbanı, Kriştiano Ronaldonu geri qaytarmaq istəmirdim. Bunlar kömək etməyəcəkdi!

Onların ideyası klubda ən yaxşı futbolçuları toplamaq idi, amma futboldan ümumiyyətlə danışmırdılar. Sonra isə qarşıma tamamilə futbol yönümlü bir layihə – “Liverpul” çıxdı”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm