Məşhur qrossmeyster qəflətən öldü
Bizi izləyin

İdman

Məşhur qrossmeyster qəflətən öldü

Amerikalı qrossmeyster, tanınmış şahmat şərhçisi Daniel Naroditski 29 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə onun məşqçi kimi çalışdığı “Şarlotta” Şahmat Klubu məlumat yayıb:

“Böyük kədər hissi ilə Daniel Naroditskinin qəfil vəfatı barədə xəbər veririk. Daniel istedadlı şahmatçı, şərhçi və müəllim, şahmat ictimaiyyətinin sevimli üzvü idi, bütün dünyada azarkeşlər və oyunçular tərəfindən hörmət və rəğbət qazanmışdı. O, sevimli oğul və qardaş, çoxlarının sadiq dostu idi”.

Klubun rəsmi sosial media hesabında Naroditski ailəsinin bəyanatı paylaşılıb: “Bu son dərəcə çətin dövrdə Danielin ailəsinin şəxsi həyatına hörmətlə yanaşmağınızı xahiş edirik. Danieli şahmata olan həvəsi və sevgisi, eləcə də hər gün bizə gətirdiyi sevinc və ilhamla xatırlayırıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm