Nida Xəbər
Mincivan 5 ildir azaddır

Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən beş il ötür.
Publika.az xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.
Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.
Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu.
-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi
-
Magazin220 Oktyabr 21:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
-
MDB20 Oktyabr 20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ20 Oktyabr 19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı