Azərbaycanda sürətlə yayılan xəstəlik süd məhsulları bazarına da təsir edib? - Video
Bizi izləyin

Sosial

Azərbaycanda sürətlə yayılan xəstəlik süd məhsulları bazarına da təsir edib? - Video

Heyvanlar arasında dabaq xəstəliyi yayılması ilə bağlı məlumatlar süd və süd məhsulları bazarına da təsir edib.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəllər mütəmadi süd məhsulları alanlar indi ehtiyat etdiklərini deyirlər.

Satıcılar isə satışda problem olmadığını, süd və süd məhsulları satışının davam etdiyini bildirirlər. Satıcıların sözlərinə görə, xəstəliklə bağlı insanlar arasında qorxu olsa da, bu, məhsulların keyfiyyətsiz olması demək deyil. Onlar əksəriyyəti satdıqları məhsulların yoxlamadan keçirildiyini desələr də, bunu təsdiq edən heç bir sənədi təqdim edə bilməyiblər.

Həkimlər isə bu xəstəliklə bağlı insanları diqqətli olmağa səsləyirlər. Çünki xəstəliyə yoluxma tez baş verir və ciddi fəsadlara səbəb olur.

Bəs bazarlara daxil olan məhsullara Qida Təhlükəsizliyi Agentliyi tərəfindən necə nəzarət edilir?

AQTA-dan bildirilib ki, ilin əvvəlində təsdiq olunmuş planlı yoxlamalar, eyni zamanda, daxil olan şikayətlər və mediada yayılan məlumatlar əsasında bazar və digər satış şəbəkələri də daxil olmaqla qida zənciri boyu yoxlama-nəzarət tədbirləri davam etdirilir. Süd məhsulları yüksəkriskli qida məhsulları hesab olunduğu üçün belə qida məhsullarının satışı qida təhlükəsizliyi norma və tələblərinə uyğun həyata keçirilməlidir. Bazarlarda sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət olunmalı, tez xarab olan məhsulların satışı üçün sahələr soyuducu dolab və ya vitrin, həmçinin dondurucularla təchiz edilməli, yararlılıq müddəti göstərilməmiş, istifadə müddəti ötmüş məhsullar satılmamalıdır. Qanunvericiliyə əsasən, bununla bağlı sahibkarlıq subyektləri, o cümlədən bazar rəhbərləri birbaşa məsuliyyət daşıyırlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm