Azərbaycan çempionatında qeyri-adi hesab: 14:0
Bizi izləyin

İdman

Azərbaycan çempionatında qeyri-adi hesab: 14:0

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 6-cı tura yekun vurulub.

Publika.az xəbər verir ki, son oyun gününün bir qarşılaşması olduqca məhsuldar alınıb. "Xankəndi" komandası səfərdə "Araz Saatlı" komandasını 14:0 hesabı ilə məğlub edib.

Qarabağlıların heyətində Bəhruz Teymurov poker, Tural Qürbətov het-trik edib. Sərxan Ağayev dubl müəllifi olub. Adəm Topalov, Tunar Mütəllimov, Emin Quliyev və Elməddin Hüseynzadə hərəyə bir dəfə fərqlənib. Rafiq Abullayev isə avtoqolla yadda qalıb.

Bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran "Xankəndi", "Qaradağ Lökbatan" və "Şirvan"la birlikdə ilk üç sıranı bölüşdürür.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm