İdman
Bu gözəl ulduz futbolçunu heç vaxt tək qoymayıb: Ən çətin günlərində belə - FOTOLAR

“Mançester Yunayted”in kapitanı Harri Maquayr Premyer Liqanın sonuncu turunun əsas qəhrəmanına çevrilib. Məhz o, 84-cü dəqiqədə “Enfild”də “Liverpul”un qapısına komandasının qələbə qolunu vurub - 2:1.
Publika.az xəbər verir ki, Mançesterin qırmızı hissəsi hələ də bu baş zərbəsini qeyd edir, lakin ən çox sevinənlər azarkeşlər deyil, futbolçunun həyat yoldaşı Fern olub.
Fern Hokins 1994-cü ilin yayında Şeffilddə anadan olub. 31 yaşı tamam olan Fern, Maquayrdan bir yaş kiçikdir. Onlar uşaqlıqdan bir-birini tanıyır, münasibətləri isə 2011-ci ilin iyununda başlayıb. Həmin vaxt 18 yaşlı Harri “Şeffild Yunayted”də debüt edib.
İngilis gözəl Maquayrla birlikdə onun karyerasının bütün mərhələlərindən, İngiltərənin ikinci liqasından tutmuş “Mançester Yunayted” və İngiltərə yığmasının kapitanlığınadək birgə keçib.
Cütlüyün ilk övladı Liliya 2019-cu ildə doğulub. Həmin vaxt Harri “Lester”də çıxış edirdi və hələ qarşısında 87 milyon avroya başa gələcək transferin olduğunu bilmirdi. 2020-ci ilin mayında isə o, ikinci dəfə ata olub. Dünyaya gələn qızlarına Roza adı veriblər.
Maquayr və Hokins 25 iyun 2022-ci ildə Fransadakı orta əsr qalasında evləniblər. Mətbuatda yazılanlara görə, toy təxminən 500 min funt sterlinqə başa gəlib.
Fern həyat yoldaşını dəstəkləmək üçün İngiltərə millisinin iştirak etdiyi bütün böyük turnirlərə gedib. O, həmçinin Maquayrı ən çox tənqid və istehza olunduğu dönəmlərdə də tək buraxmayıb.
Bax, bu, həqiqi məhəbbət deməkdir.
-
Sağlamlıq19:00
Nar şirəsinin daha bir faydası üzə çıxdı, amma... - Həkimdən XƏBƏRDARLIQ
-
Hadisə17:43
Təcili yardım həkiminin iynə vurduğu 43 yaşlı kişi öldü
-
İdman15:12
Qurban Qurbanov oğlu ilə bağlı aldığı xəbərə üzüldü
-
Nida Xəbər 14:44
Tokayevdən Əliyevə maraqlı hədiyyə - VİDEO
-
Rəsmi xronika14:13
Azərbaycan Ermənistana qarşı bu məhdudiyyətləri aradan qaldırdı
-
Sağlamlıq14:10
Əsrin bəlası deyilmiş: 41 min il əvvəl insanlar xərçəngdən belə qorunurmuş
-
Sosial13:10
Pensiya alanların nəzərinə!
-
İdman12:38
127 yaşı, 370 milyon dəyəri var: "Qarabağ"ı Bilbaoda nə gözləyir?