Türk jurnalistdən Qurban Qurbanova jest: Elə bir VİDEO hazırladı ki...
Bizi izləyin

İdman

Türk jurnalistdən Qurban Qurbanova jest: Elə bir VİDEO hazırladı ki...

UEFA Çempionlar Liqasının 3-cü turunda səfərdə “Atletik”lə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova oyundan əvvəl sürpriz edilib.

Publika.az xəbər verir ki, Türkiyənin məşhur “Zpor” idman media səhifəsinin redaktoru Receb Kaya təcrübəli mütəxəssisə maraqlı jest edib.

O, video vasitəsi ilə Türkiyənin bir sıra bölgələrindən, Təbrizdən, Almaniyadan, İngiltərədən, Belçikadan, Qazaxıstandan və Türkmənistandan olan futbol azarkeşlərinin salamlarını, xoş sözlərini və dəstəyini çatdırıb. Qurban Qurbanov bu görüntüləri qürurla izləyib və təşəkkür edib.

Qeyd edək ki, “Atketik” - “Qarabağ” oyunu bu gün saat 20:45-də “San Mames” stadionunda keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm